Xəbər lenti

"İmarət Tayfa"nın üzvü Ağdama səfərindən danışdı:  "Dəhşətli mənzərə idi"
İdman12:44 15.11.2021

"İmarət Tayfa"nın üzvü Ağdama səfərindən danışdı: "Dəhşətli mənzərə idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın ən fəal azarkeş qrupu olan "İmarət Tayfa” arzusunu həyata keçirib. Fanatlar uzun illərdən sonra Ağdamı ziyarət etməyə müvəffəq olublar. 44 günlük müharibədə düşmən tapdağından azad edilən doğma torpağımızı ziyarət edən fanatlar orada bir çox yerlərdə olublar. 
Bu haqda Qaynarinfo-ya "İmarət Tayfa”nın üzvü Elnur Quliyev məlumat verib. O, Ağdamda keçirdikləri günün ən gözəl anlardan biri olduğunu bildirməklə yanaşı oarada yaşananlardan da danışıb: 
"51-52 nəfərlik heyətlə getdik Ağdama. Ağdamlılarla yanaşı, bu bölgədən olmayan "İmarət Tayfa” üzvləri də ora yollanmışdı. Elə, əksəriyyəti də azarkeş qrupumuzun ağdamlı olmayan üzvləri idi. Qubadlıdan, Füzulidən olan azarkeşlər də var idi. Şəhid Məhəmmədəlinin qardaşını da dəvət etmişdik, bizimlə getdi. "Qarabağ”ın doğma stadionu olan "İmarət”i ziyarət etdik. O cümlədən məscidə getdik, "Şükür” namazı qıldıq. "Şah Bulaq” qalasına da baş çəkdik.  Elə qayıdanda da orada yemək yedik. "Qiyaslı” məscidinə getdik. Bannerlərimizi də aparmışdıq.  "İmarət Tayfa”nın gənc və yaşlı üzvləri arasında futbol yarışı keçirildi. "İmarət” stadionu İlk dəfə uzun illərdən sonra azarkeş gördü. Bəstələr oxundu, "İmarət” burdadır” şüarı səsləndirdik. Allahverdi Bağırovun məzarını ziyarət etdik. Hazırladığımız əklili onun məzarı üzərinə yerləşdirdik. Uzun illərdən sonra məzarı görənlər çox sevincli idilər. Əyilib məzarı, torpağı öpən kim, evinə tərəf qaçan kim... Dəhşətli mənzərə idi, sözlərlə onu ifadə etmək çətindir. Çox qəribə hisslərdir. Həm də ayın 19-u "İmarət Tayfa”nın ad günüdür. Azarkeş qrupumuzun yaranmasının 12 illiyini elə Ağdamda qeyd etdik”
Səbuhi Həsənov