Xəbər lenti

Çin 3 milyon uyğur türkünü düşərgələrdə saxlayır
Dünya12:12 04.01.2019

Çin 3 milyon uyğur türkünü düşərgələrdə saxlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya Uyğur Konqresinin sədri İsa Dolkun Çinin saxlama düşərgələrində 3 milyon uyğur türkünün əsir saxladığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, daha əvvəlki rəqəm 1 milyon idi, lakin Şərqi Türküstanda saxlanılan türklərin sayı 3 milyona çatıb. BMT-yə bağlı insan haqları təşkilatları avqust ayında yayımlanan hesabatda məsələyə geniş yer ayırıb. Çin hökuməti daha əvvəl belə yerlərin varlığını rədd edirdi, ötən oktyabr ayında bu yerlərin tədris məqsədilə fəaliyyət göstərdiyini bildirib.
Dolkunun sözlərinə görə, düşərgələrdə 350 professor və ziyalı şəxs həyatını itirib. ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə, düşərgələrdə 2 milyondan çox insan var. Peyk görüntüləri saxlama məntəqələrinin son aylarda 4-5 dəfə böyüdüyünü göstərir:
"Düşərgələrdə uyğur türkləri fiziki və mənəvi işgəncələrə məruz qalır. Çin milli və dini mənsubiyyəti yox etməyə, "çinləşdirmə" siyasəti həyata keçirməyə çalışır. Yaşı 80-dən çox olanlar belə prosesə cəlb olunur. İntihar edən çox sayda insanla bağlı əlimizdə sənədlər var. Bir çox insan, həmçinin mənim anam orada həyatını itirib. BMT, ABŞ və Türkiyənin cəhdləri kifayət deyil. Bu düşərgələr beynəlxalq yoxlanışa açılmalıdır. Şərqi Türküstanda soyqırım həyata keçirilir. Türkiyədə təşkilatlarımız fəaliyyət göstərir. Türk hökuməti BMT-də məruzə ilə çıxış edib, lakin bu, kifayət deyil, daha aktiv olmaq lazımdır."
Gülşən