Xəbər lenti

Çin "Boeing" təyyarələri ilə həyata keçirilən səfərləri dayandırdı
Dünya06:23 11.03.2019

Çin "Boeing" təyyarələri ilə həyata keçirilən səfərləri dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin hökuməti "Boeing 737-8" təyyarələrindən istifadə edən hava yolu şirkətlərindən uçuşları müvəqqəti təxirə salmağı tələb edib.
Qaynarinfo xəbər verir ki, Çin Mülki Aviasiya İdarəsi məsələ ilə bağlı açıqlama verib. Bildirilir ki, "Boeing 737-8" model təyyarələrində 2-ci dəfə eyni səbəblə qəza meydana gəlib. Ölkədə istifadə edilən 96 ədəd təyyarə ilə bağlı təhlükəsizlik məsələləri həll ediləndən sonra səfərlər bərpa ediləcək.
Qeyd edək ki, ötən gün Efiopiya Hava Yollarına məxsus "Boeing 737-8 MAX" təyyarəsi Keniyanın paytaxtı Nayrobiyə eniş zamanı qəzaya uğrayıb və 157 nəfər həlak olub. Ölənlər arasında 8 Çin vətəndaşı var. Oxşar qəza ötən il İndoneziyada da baş vermişdi.
Gülşən