Xəbər lenti

Çin prezidentinin ömürlük iqtidarda qalması üçün təklif
Dünya11:57 26.02.2018

Çin prezidentinin ömürlük iqtidarda qalması üçün təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Kommunist Partiyası dövlət başçısının prezidentlik müddətinin artırılması ilə bağlı təklif hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb. Malumatda bildirilir ki, prezidentin səlahiyyət müddətini iki seçimlə məhdudlaşdıran maddənin konstitusiyadan çıxarılması təklif olunur. Təklif mart ayının 5-də parlamentdə səsverməyə çıxarılacaq.
Sözügedən təklifin Çin Xalq Respublikasının sədri Si Szinpin ömürlük iqtidarda qalması üçün irəli sürüldüyü bildirilir.
Qeyd edək ki, Çin Xalq Respublikasının qurucusu Maodan sonra ən güclü lider hesab edilən Si Szinpin ilk dəfə 2013-cü ildə, ikinci dəfə isə ötən il prezident seçilib. 64 yaşlı dövlət başçısının səlahiyyət müddəti 2023-cü ildə bitir, lakin onun 2033-cü ilə qədər hakimiyyətdə qalmaq istədiyi ilə bağlı iddialar səslənir.