Çin yeni qitələrarası ballistik raketini nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, "Dongfeng-41" adlı raket ölkənin qurulmasının 70 illiyi münasibətilə təşkil edilən hərbi paradda göstərişə çıxıb. Qitələrarası ballistik raketin uzunluğu 21 m, diametri 2,5 m, mənzili 12-14 min km-dir.
Paradda "DF-5B", "DF-31AG" qitələrarası ballistik raketləri, adı açıqlanmayan "drone", "DF-17" raketi və s. hərbi texnikalar da nümayiş edilib.