Xəbər lenti

İnanılmaz: Qadın yeni doğulmuş qızını altı ay gizlincə şkafda saxladı
Dünya09:31 09.10.2020

İnanılmaz: Qadın yeni doğulmuş qızını altı ay gizlincə şkafda saxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sverdlovsk vilayətinin Karpinsk şəhər sakini yeni doğulmuş körpəsini altı ay şkafda saxlayıb. İndi qızın vəziyyəti ağırdır.

Qaynarinfo-nun E1.ru-ya istinadla verdiyi məlumata görə, 37 yaşlı qadın ilin əvvəlində ərindən ayrılıb və 13 yaşlı oğlu, üç yaşlı qızı ilə yaşayıb. Hamiləlik üçün qeydiyyata alınmayıb və üçüncü uşağını evdə dünyaya gətirib, tanışlarına isə onun öldüyünü deyib.

Böyük oğul bacısını anasından gizlicə yedizdirib, amma onun haqqında heç kimə bir şey deməyib. Ortancıl qız uşaq bağçasında evlərində "adam kimi canlı kukla” olduğunu deyib, ancaq müəllimlər buna əhəmiyyət verməyiblər. Nəticədə körpəni təsadüfən qadının evə qonaq gələn dostları tapıb. Qızı götürüb polisə aparıblar. Eyni zamanda, qadının bu hərəkəti onları təəccübləndirib, çünki "özünü kifayət qədər normal aparır, işləyir, uşaqları da səliqəli görünürmüşlər". Ailə ilə bağlı heç bir şikayət olmayıb, ana qeydiyyata alınmayıb.

Yoxlamadan sonra məlum olub ki, evdə uşaq qidası, yeni doğulmuş körpələr üçün paltar və gigiyena məhsulları yoxdur.

Bölgə Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, anaya qarşı "Yetkinlik yaşına çatmayan uşağın tərbiyə olunması vəzifələrinin yerinə yetirilməməsi” ilə bağlı cinayət işi açılıb.

Alpər