Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan Kovid-19-a ölkə daxilində yoluxma aylar sonra ilk dəfə qeydə alınmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Çin Milli Səhiyyə Komissiyasının məlumatına əsasən dünən qeydə alınan 34 yeni koronavirus hadisəsi sadəcə xaricdən gələnlərdə müşahidə edilib.
Qeyd edək ki, son məlumatlara görə, ümumilikdə dünyada koronavirusa tutulanların sayı 219 mini ötüb. Bu vaxta qədər 85 min 745 nəfər virusdan sağalıb, 8 min 960-dan çox insan isə həyatını itirib.
Camal