Xəbər lenti

İndoneziyada Sinabunq vulkanı 2000 metr hündürlüyə vulkan külü püskürdü
Dünya14:09 04.04.2021

İndoneziyada Sinabunq vulkanı 2000 metr hündürlüyə vulkan külü püskürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 4-də İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq dağındakı vulkan 2000 metr hündürlüyə kül püskürüb.
AZƏRTAC ANTARA agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat verən Sinabunq monitorinq məntəqəsinin rəhbəri Armen Putra kül buludunun şərq və cənub-şərq istiqamətində yayıldığını bildirib.
"Bu gün püskürmə seysmoqram tərəfindən maksimal amplituda da – 5 dəqiqə 31 saniyə müddətində 73 millimetr gücündə qeydə alınıb”, - deyə o, bildirib.
Hazırda 2460 metr hündürlükdə olan Sianbunq dağında III dərəcə həyəcan təhlükəsi elan edilib.
Vulkanın püskürməsi ilə əlaqədar yerli fermerlərdən 3 kilometr radiusda kənd təsərrüfatı işlərini dayandırmaları xahiş edilib.
Həmçinin, kül yağışı olacağı təqdirdə sakinlərə evdən çıxarkən tibbi maskalardan istifadə etmələri tövsiyə olunub.