Xəbər lenti

İndoneziyada sunamidən sonra 1200 məhbus həbsxanadan qaçıb
Dünya11:53 01.10.2018

İndoneziyada sunamidən sonra 1200 məhbus həbsxanadan qaçıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndoneziyada baş verən zəlzələ və sunamidən sonra həbsxana divarları da yıxılıb.
Qaynarinfo xəbər verir ki, 3 ayrı cəzaçəkmə müəssisəsindən ümumilikdə 1200 nəfər qaçıb. Palu şəhərindəki 2 həbsxanadan 900-ə yaxın, Donqqalada isə 343 nəfər məhbus həbsxananı tərk edib. Ədliyyə nazirliyi açıqlamada bildirib ki, sunamidən sonra həbsxanaları su basıb, məhbuslar həyatlarını xilas etmək üçün, həmçinin zəlzələdən sonra yaxınlarını görmək məqsədilə ərazini icazəsiz tərk edib. 
Qeyd edək ki, ötən cümə Sulavesi adasındakı zəlzələdə min nəfərdən çox insan həlak olub, yüzlərlə yaralı var.
Gülşən