Sənət 13:37 23.12.2022

İnfarkt keçirən Əməkdar artist reanimasiyaya yerləşdirilib: Ürək damarları tutulub (YENİLƏNİB)

"Vahid Əliyevin vəziyyəti kritikdir. Ürək damarlarının hər üçü tutulub”.

Bunu Qaynarinfo-ya Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamella Əliyeva deyib. Xanımı aktyorun hazırda Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:

"Yanına heç kim buraxılmır. Mərkəzi Klinik Xəstəxanasında əməliyyat olunacaq”.

Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev infarkt keçirib.

12.30
 
Gənc Tamaşaçılar Teatırının aktyoru, Əməkdar artist Vahid Əliyevin səhhəti pisləşib.

Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, aktyor infarkt keçirib. Həkimlər xəstəxanaya qaldırılan aktyorun vəziyyətini ağır qiymətləndirib:

"Həkimlər deyir ki, təcili olaraq açıq ürək əməliyyatı keçirilməlidir”.

Bahar Rüstəmli