Ölkə 18:11 15.11.2021

İngilis dilini öyrənmək problemi - Yaxşı dil kursu necə olmalıdır?

İngilis dili "Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra hegemon dövlətlərində dövlət dili olmaqla yanaşı, 2 milyarda yaxın insanın da ikinci dilidir. Arialı bu qədər geniş olduğuna görə İngilis dilinə olan tələbat da buna müvafiq olaraq çoxdur. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Etimoloji olaraq Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin birinci versiyası indiki halından tamam fərqlənir. Əsrlər ərzində əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər hesab olunur. Dəyişikliklərin səbəbi isə tarix boyunca baş verən daimi istilalardır.

Son bir neçə ildir ki, İngilis dili öyrənməyin vacibliyi dedikdə ağıla gələn səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.

Xarici dil bilmək intellektimizə müsbət təsir etməklə bərabər daha geniş kütləyə müraciət etmək şansı da yaradır. Siz savadınızı göstərməklə bərabər İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Dünyanın qlobal dili olan İngilis dilini öyrənmək və bu dildə axıcı şəkildə danışmaq bir çox insanın istəyidir. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə hər zaman rahatlıqla yeni ünsiyyət yaradacaq gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında hər zaman öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.

Faydalı İngilis dili kursu dedikdə nə nəzərdə tutulur?

Hazırki zamanda ingilis dili kurslari ətrafımızda hər yerdə önünüzə çıxan məkana çevrilmişdir. Əsasən böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər bəsit deyil. Əgər xarici dil öyrənmək məqsədiniz varsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə sərf etməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara diqqət yetirmək lazımdır. Məsələn:
İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır.

İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha məqsədəuyğundur. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı çatdıra bilər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dili bilmə səviyyəniz "elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha xeyirli olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox kömək edəcək.

Kursda müəlliminizin dərsi başa salma potensialı yüksək səviyədə olmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq səviyyə testindən keçməli və müəllimin dərsi necə izah etməyini görməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu başa düşməkdə çətinlik çəkirsinizsə, çox sadə… Başqa müəllim axtarın.

Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə diqqət yetirin. Əgər dili danışıq üçün öyrənirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.