Xəbər lenti

İngilis şahzadəsi Quran öyrənir
Dünya14:15 15.03.2013

İngilis şahzadəsi Quran öyrənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərə mətbuatı şahzadə Çarlz Qətər səfərində verdiyi açıqlamaları gündəmə gətirib. 

Qaynar.info-nun məlumatına görə, İngiltərənin "Daily Mail" qəzeti şahzadənin Yaxın Şərq səfəri çərçivəsində ərəb dili dərsləri aldığını və artıq 6 ay ərzində Quran oxuya biləcəyini yazıb. 

Şahzadənin özü də ərəb dili dərsi aldığını təsdiq edib. 

İslam və Yaxın Şərq mədəniyyətinə daim heyran olduğunu deyən şahzadə verdiyi açıqlamasında ərəb dilini öyrənməyə həvəsli olduğunu və artıq 6 aydır dərs aldığını bildirib. 

Qaynar.info