Xəbər lenti

İngilisdilli insanlar dünyanın ən bədbəxtləri arasında: Alimlər səbəbini açıqladı
Dünya 20:39 06.09.2025

İngilisdilli insanlar dünyanın ən bədbəxtləri arasında: Alimlər səbəbini açıqladı

Yeni araşdırmaya görə, ingilis dilini ana dili kimi danışan ölkələrin sakinləri dünyada ən bədbəxt insanlar arasında sayılır. 

Qaynarinfo xəbər verir ki, "Mirror"un yazdığına əsasən, Britaniya, ABŞ, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Kanadada gənclər özlərini Avropa qitəsindəki həmyaşıdları ilə müqayisədə daha çox stressli və bədbəxt hiss edirlər.

Ümumdünya xoşbəxtlik hesabatının nəticələri göstərib ki, bu ölkələrdə gənclər gələcək barədə nikbin deyil. Araşdırma onların xüsusən karyera imkanları baxımından ümidlərini itirdiyini ortaya qoyub. Bu vəziyyət Avropa qitəsindəki gənclərlə kəskin ziddiyyət təşkil edir, çünki orada gənclər daha çox inanırlar ki, zəhmət nəticəsində uğur qazanmaq mümkündür.

Ekspertlər əsas səbəblərdən birinin daşınmaz əmlak bazarındakı böhran olduğunu bildirirlər. Məsələn, son 30 ildə Böyük Britaniya və ABŞ-da mənzil qiymətləri 200 faizdən çox artıb. Kontinental Avropada isə bu göstərici təxminən 80 faiz təşkil edib.

Əgər əvvəllər ev sahibi olmaq gənclər üçün mühüm motivasiya sayılırdısa, bu gün onların çoxu belə bir imkana heç vaxt sahib ola bilməyəcəyinə inanır. Anglo-sakson ölkələrində isə mənzil və ya ev sahibi olmaq uğurun əsas göstəricilərindən biri hesab olunduğundan, gənclərin bu məqsədə çata bilməməsi depressiv əhval-ruhiyyəni daha da gücləndirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->