İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem"in səhmlərinin 27 faizi satılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən hissənin çexiyalı biznesmen Daniel Kretinskiyə satıldığı bildirilib. Kretiniski hazırda Çexiyanın məşhur klubu "Sparta"nın rəhbəridir.
"Vest Hem" bu mövsüm gösərdiyi performansla zirvə yarışında iddialarını sürdürməyə davam edir. Son olaraq "Liverpul"u 3:2 hesabı ilə məğlub edən komanda 23 xalla 3-cü pillədə qərarlaşıb. "Mançester Siti" ilə xalları eyni olan "Vest Hem" lider "Çelsi"dən cəmi 3 xal geridə qalır.
Səbuhi Həsənov