Xəbər lenti

İngiltərə Trampı tərəfdarlarının hərəkətinə görə üzr istəməyə çağırdı
Dünya14:34 07.01.2021

İngiltərə Trampı tərəfdarlarının hərəkətinə görə üzr istəməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp 6 yanvarda Kapitoliyə girən tərəfdarlarının hərəkətlərini pisləməlidir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Britaniya Səhiyyə Nazirliyinin rəhbəri Mett Henkok deyib.
Onun sözlərinə görə, dünya ABŞ-da "kədərli və xoşagəlməz hadisələr"ə şahid olub. Henkok azad və ədalətli seçkilərin nəticələrini dəyişdirmək üçün heç kimə şiddət tətbiq etmək haqqı verilmədiyini vurğulayıb.
"ABŞ Prezidenti bu şiddəti qınamağa məcburdur, ümid edirəm ki, 13 gün ərzində (andiçmə günü) hakimiyyətin yeni prezident Cozef Baydenə tam ötürülməsini görəcəyik", - nazir deyib.
Xatırladaq ki, 6 yanvarda Trampın tərəfdarları Vaşinqtonda etiraz aksiyası keçirərək daha sonra Konqres binasına hücum edib. Polisin verdiyi məlumata görə, Amerika paytaxtında iğtişaşlar nəticəsində dörd nəfər ölüb, 52 nəfər saxlanılıb.
Alpər