İŞİD gəlini Şamima Begümün yeni doğulan körpəsi Suriyada yerləşən sığınacaqda ölüb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 2 həftəlik uşağa pnevmaniya diaqnozu qoyulub.
Şamima ötən həftələrdə körpəsi ilə İngiltərəyə qayıtmaq istədiyini dilə gətirmiş, bu istək rədd edilmiş və onun vətəndaşlığı ləğv edilmişdi.
Qeyd edək ki, Şamima Begüm 2015-ci ildə 15 yaşında İngiltərəni tərk edərək Suriyaya gəlib və İŞİD terror təşkilatına qoşulub.
Gülşən