
Çin 1 milyarddan çox əhalisi ilə yanaşı, həm də yüzlərlə boş və insansız şəhəri ilə də dünyanın diqqətini cəlb edir.
"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, bu şəhərlərdə müasir yaşayış üçün hər şey - yüksək mərtəbəli binalar, göydələnlər, mədəniyyət mərkəzləri və s. tikililər var. Çin höküməti 2026-cı ilə qədər 250 milyon insanı bu ərazilərə köçürməyi və şəhərləri "diriltməyi" planlaşdırır.
Fotoqraf Kay Kamerer 2015-ci ildə Çinə səyahət edib və ərazilərin şəklini çəkib. Fotoqraf bu əraziləri "doğulmamış şəhərlər" adlandırır və bildirir ki, ABŞ-da adətən kiçik qəsəbələr salınır və onlar böyüyərək şəhərə çevrilir, Çində isə insanlardan xəbərsiz, onlara tanıtım edilmədən şəhərlər salınır və boş qalır.
Kanbaşidən əlavə Tianjin, Çanqşa kimi ərazilərin şəkillərini çəkən və bu əraziləri qəribə və qorxulu adlandıran fotoqrafın fotolarını təqdim edirik.
Gülşən
Qaynarinfo.Az











