Xəbər lenti

İnsanları diri-diri tonqalda yandırdılar - DƏHŞƏT
Dünya17:02 03.10.2013

İnsanları diri-diri tonqalda yandırdılar - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya  Madaqaskarda özündən çıxmış yerli sakinlər insan orqanı qaçaqmalçılığında şübhələndikləri iki avropalını diri-diri tonqalda yandırıblar. ANS PRESS “BBC”yə istinadən bildirir ki, buna səbəb kənddə bir gün öncə uşağın itməsi olub.

Hadisə turistlərin arasında çox populyar olan Nusi-Be adasında olub. Uşağın itməsi ilə bağlı polis dünən yerli kişini həbs edib. Polis bölməsinin yanına yığılmış kütlə çaxnaşma yaradıb. Onların fikrincə, həbs edilmiş kişi pul xatirinə uşağı yararaq orqanını çıxarıb. Daha sonra nümayişçilər xariciləri ovlamağa başlayıblar.

Hakimiyyətin məlumatına görə, yandırılanlar Fransa vətəndaşları olublar, amma şahidlər iddia edirlər ki, onlardan biri italyan olub.

Qaynar.info