Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqram hesabı ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda Feysbukun nümayəndəsi RİA Novosti-yə açıqlamasında deyib. O bildirib ki, İnstaqramın sahibi ABŞ-ın sanksiya qanunvericiliyi çərçivəsində hərəkət edir və qanuni öhdəliklərini yerinə yetirmək üçün tədbirlər görür.
"Bu halda əvvəllər oxşar hesablarla etdiyimiz kimi, sanksiya tətbiq olunan şəxsin hesablarını ləğv etdik", - nümayəndə deyib.
Qeyd edək ki, çərşənbə günündən bəri Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqramdakı səhifəsi istifadəçilər üçün bağlıdır. "Təəssüf ki, bu səhifə mövcud deyil", - axtarış zamanı bu yazı çıxır. Bununla yanaşı, Çeçenistan parlamentinin başçısı Maqomed Daudovun, Dövlət Dumasının deputatı Adam Delimxanovun və Respublika hökumətinin güc bloku üzrə müavini Abuzaid Vismuradovun hesabları da silinib.
Alpər