
Hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin vəkilləri onun müdafiəsindən uzaqlaşdırılıb.
Qaynar.info xəbər verir ki, bu barədə İ. Əliyevin qızı Nərmin Kamil facebook hesabında yazıb. O bildirib ki, həmin vəkillər Anar Qasımlı, Alayif Həsənov, Fariz Namazlı və prosesə yeni qoşulmuş Xalid Bağırovdur: “Buna səbəb kimi onların da İntiqam Əliyevin işində şahid olmaları göstərilib. Belə ki, dünən Anar Qasımlı Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib.İntiqam Əliyev öz müdafiəsini bundan sonra özü təşkil edəcəyini söyləyib”.
Qaynar.info