Xəbər lenti

İrakli Kobaxidze: Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq
Dünya 16:32 17.07.2025

İrakli Kobaxidze: Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq

"Gürcüstan hakimiyyəti dörd il ərzində dörd inqilab cəhdinin qarşısını alıb". 

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Biz bu dörd ildə dörd inqilab cəhdinin qarşısını aldıq. Buna baxmayaraq, iqtisadi artım baxımından regionda və Avropada birinci yeri qoruyuruq", deyə o vurğulayıb.

Baş nazir qeyd edib ki, Gürcüstana qarşı kənardan şantaj və ultimatumlar davam edir, lakin belə şəraitdə belə ölkə sabit iqtisadi inkişafı təmin edə bilər.

Bundan əvvəl Avropa Ittifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Gürcüstan hakimiyyətinin çərşənbə axşamı yerli müxalifətə qarşı hərəkətlərini tənqid edib. O qeyd edib ki, Aİ hələlik Gürcüstanla vizasız rejimi ləğv etməyi planlaşdırmır.

Kobaxidze öz növbəsində Tiflisdə hər gün keçirilən hökumət əleyhinə etirazları süni adlandırıb və onların kənardan maliyyələşdiyinə əminliyini bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->