İran ABŞ-dan 50 milyard dollar kompensasiya tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə fikirləri İranın mühafizəkar siyasətçisi, İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli şəxslərindən olan Möhsün Rizayi səsləndirib. Onun sözlərinə görə, ABŞ nüvə sazişinə geri qayıtmalı və neft sanksiyalarına görə İrana 50 milyard dollar kompensasiya ödəməlidir.
M.Rezayi ABŞ-ı sanksiyalardan İranı blokadaya salmaq üçün istifadədə ittiham edib. O həmçinin bildirib ki, İran Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə hücum etməkdə maraqlı olmayıb.
Xatırladaq ki, 14 sentyabrda Yəməndə mübarizə aparan Husi silahlı qrupu "Saudi Aramco"ya "drone"larla hücum təşkil edib. ABŞ hücuma görə İranı ittiham edir.
Gülşən