
İran ABŞ prezidenti Donald Trampın ötən ay qəbul etdiyi sanksiyalara görə bu ölkəni BMT-yə şikayət edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İran parlamentinin sədri Əli Laricani yeni sanksiyaların nüvə anlaşmasının bəzi bölmələrinin əleyhinə olduğunu və bu razılaşmanın pozulduğunu deyib.
İran və ABŞ-ın daxil olduğu "5+1" ölkələri 2015-ci ildə tarixi nüvə sazişi imzalamış və nüvə proqramına aid bəzi şərtləri qəbul etmiş və sanksiyaların qaldırılması barədə razılığa gəlmişdilər. Hələ seçki dövründə bu razılaşmanı tənqid edən Donald Tramp ötən ay 6 İran firmasına sanksiyaları tətbiq etmək barədə qərar qəbul etdi.
ABŞ-ın bu qərarından sonra rəsmi Tehranın da bəzi tədbirlər görəcəyi gözlənilir.
Gülşən
Qaynarinfo.Az