Xəbər lenti

İran ABŞ-ı məhkəməyə verməyə hazırlaşır
Dünya15:50 12.06.2016

İran ABŞ-ı məhkəməyə verməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran hakimiyyəti ABŞ-la bağlı Cenevrədə yerləşən BMT Beynəlxalq Məhkəməsinə müraciət etməyə hazırlaşır. 
APA-nın "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran xarici işlər naziri Cavad Zərif açıqlayıb.
Buna səbəb ABŞ Ali Məhkəməsinin İranın dondurulmuş aktivlərindən 2 milyard dollar vəsaiti İran Mərkəzi Bankına qaytarmaqdan imtina etməsidir. C. Zərif deyib ki, iddia hazırlanır və yaxın günlərdə İran hökuməti BMT Beynəlxalq Məhkəməsinə təqdim ediləcək. C. Zərif rəsmi Tehranın ABŞ Ali Məhkəməsinin İranla bağlı qərarını tanımadığını vurğulayıb.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi İrana məxsus 2 milyard dolların 1983-cü ildə Beyrutda və digər şəhərlərdə törədilmiş terror aktlarında həyatını itirmiş amerikalıların ailə üzvlərinə verilməsi barədə qərar çıxarıb. 
Qaynarinfo.az