Xəbər lenti

İran ABŞ-ı təhdid etdi: "Cavabımız sərt olacaq"
Dünya10:15 04.05.2020

İran ABŞ-ı təhdid etdi: "Cavabımız sərt olacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-ın İrana qarşı tətbiq olunan silah embarqosunun müddətini uzatma səyləri qeyri-qanunidir".
Qaynarinfo xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. O, ABŞ-ın artıq nüvə sazişinin bir üzvü olmadığını bildirib. Əlavə edib ki, Tehranın Amerikanın qanunsuz müdaxilələrinə cavabı sərt olacaq.
Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrda vaxtı bitmədən İrana qarşı silah embarqosunun müddətini uzadacağına inandığını açıqlamışdı. Reuters-in xəbərində görə Təhlükəsizlik Şurasının 15 üzvünün dəstəyini almağa çalışan Vaşinqton həmçinin Tehranı əlavə olaraq digər bütün BMT sanksiyalarının da geri qaytarılacağı ilə təhdid etmişdi.
Camal