Çərşənbə axşamı, avqustun 13-də İran Aİ-nin üç ölkəsinin liderlərinin HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq regionda gərginliyin daha da artmasına səbəb ola biləcək istənilən hərəkətdən çəkinmək çağırışını rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” məlumat
yayıb.
Britaniya, Fransa və Almaniya liderləri birgə bəyanatda İran və onun müttəfiqlərini keçən ay Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə görə cavab verməkdən çəkinməyə çağırıblar.
İran Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, ölkə öz hüquqlarını müdafiə etməkdə qərarlıdır və Haniyənin öldürülməsinə görə qisas almaq üçün heç bir icazəyə ehtiyac yoxdur.
"Bu cür tələblər siyasi məntiqdən uzaqdır, beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir və həddindən artıq tələbdir”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani deyib.
Nizami Bağırov