Xəbər lenti

İran bu ölkələrə xəbərdarlıq etdi:
Dünya 10:32 14.06.2025

İran bu ölkələrə xəbərdarlıq etdi: "Yeni hədəf..."

İran İsrailə qarşı hücumlarını gücləndirməyə hazırlaşır və xəbərdarlıq edir ki, Yaxın Şərqdə yerləşən və İsraili müdafiə edən ölkələrin bazaları da hücum hədəfinə çevriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalına iranlı rəsmi mənbə məlumat verib.

"İranın hərəkətlərinə qarşı bu rejimi (İsraili) müdafiə etməyə çalışan hər hansı bir ölkə öz regiondakı bazalarının və mövqelərinin yeni hədəflərə çevriləcəyini görəcək", - deyə iranlı rəsmi bildirib.

O əlavə edib ki, Tehran bu rejimə (İsrailə) "qətiyyətlə cavab vermək hüququnu" özündə saxlayır və hücumları gücləndirəcək.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->