Son aylarda İran çinli alıcılar üçün neftin qiymətini artırmaq siyasətini tətbiq edərək, iki ölkə arasında ticarətə mane olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" neft emalı zavodlarındakı mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, bahalaşma fonunda İran neftinin Çinə tədarükü azalıb. Əgər 2023-cü ilin oktyabrında Pekin Tehrandan gündəlik 1,53 milyon barel neft alıbsa, dekabrda bu həcm 1,18 milyon barelə qədər azalıb.
Neft emalı zavodundakı mənbə bildirib ki, hazırda vəziyyət dalana dirənmiş kimi görünür və Çin tərəfinin yeni qiyməti qəbul etməyə razı olub-olmayacağı bəlli deyil.
Aydın