
Terror qrupu İŞİD İraq-Suriya sərhəddində əsir aldığı iranlı əsgəri qətlə yetirməsi İran rəsmilərinin sərt açıqlaması ilə nəticələnib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İŞİD həftə əvvəlində Möhsün Höcəci adlı əsgəri əsir almış, boğazını kəsərək görüntüləri internetdə yayımlamışdı.
Hadisəyə ən sərt münasibəti bildirən İran İnqilab Keşikçiləri Korpusunun Qüds üzrə komandiri Qasım Süleymani "Şəhidimizin kəsilmiş boğazına and içirəm ki, bütün İŞİD üzvlərini öldürmədən sakitləşməyəcəyik" deyərək terrorçu qrupdan intiqamlarını alacaqlarını vurğulayıb.
Qeyd edək ki, bundan əlavə ötən gün İŞİD farsca video yayımlayaraq Tehranda yeni teraktlara hazırlaşdıqlarını deyib.
Gülşən
Qaynarinfo.Az