İran və Qətər bu il keçiriləcək futbol üzrə dünya çempionatında İranın hava imkanlarından istifadə məsələsini müzakirə ediblər.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi iyulun 9-da təşkilatın rəhbəri Məhəmməd Məhəmmədi Baxşın Qətər Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Faleh Əl-Həcri ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, görüş zamanı "İran Air"in imkanlarından istifadəni, dünya çempionatının oyunları ilə bağlı digər məsələləei müzakirə ediblər.
"Doha hava limanında sıxlığa görə İran dünya çempionatı zamanı Qətər təyyarələrini Bəndər Abbas, Kiş, Qeşm və Buşəhr hava limanlarında saxlamağa hazır olduğunu bildirib", deyə Rəzəvi qeyd edib.
İran Mülki Aviasiya Təşkilatının sözçüsü bildirib ki, Qətər Mülki Aviasiya Təşkilatının rəhbərinin Tehrana səfəri zamanı mülki aviasiya rəhbərləri arasında anlaşma memorandumu və əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, 22-ci futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
M.Arif