Xəbər lenti

İran-Ermənistan münasibətlərində
Dünya 14:50 03.12.2025

İran-Ermənistan münasibətlərində "sınaq nöqtəsi": Nə baş verir? (ŞƏRH)

"Ermənistan üçün yeni perspektiv pəncərə açılacağı təqdirdə İrəvan birmənalı olaraq İrandan uzaqlaşacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov İran mediasında davamlı olaraq Ermənistanın Qərb və İsraillə yaxınlaşmasının geniş müzakirə mövzusuna çevrilməsini şərh edərkən deyib. 

Ekspertin fikrincə, İran-Ermənistan əlaqələrinin xüsusiyyəti elədir ki, bu, mahiyyət etibarilə məcburi xarakter daşıyır: 

"Onlar bir-biri ilə bir-birinə möhtac olduğu üçün əlaqə qururlar. Tehran Azərbaycan və Türkiyəyə təzyiq, Ermənistan isə başqa alternativi olmadığı üçün İranla münasibət saxlayır. Bu baxımdan, Ermənistan üçün yeni perspektiv pəncərə açılacağı təqdirdə İrandan uzaqlaşacağını proqnoz etmək olar".
 


Həmsöhbətimizə görə, Tehranı da qorxudan məhz budur: 

"Yeni siyasi konfiqurasiyada Azərbaycan və Türkiyənin artan rolu çərçivəsində yeni iqtisadi və siyasi əlaqələr Ermənistan üçün daha cazibədar görünür. Bu baxımdan, Tehranın narahatlığı səbəbsiz deyil. Tehran  İsrailin də Ermənistan üzərindən onun sərhəddinə yaxınlaşmasını həzm edə bilmir. Burada hansısa oyunun olması ehtimalını qəbul etmirəm. Çünki oynanılan oyun ilk növbədə onların özünə zərbə vurar".

Qeyd edək ki, son zamanlar İran mediasında davamlı olaraq Ermənistanın son siyasi addımları geniş müzakirə mövzusuna çevrilib. Bildirilir ki, rejimə bağlı ekspertlər İrəvanla əvvəlki kimi deyil, daha ehtiyatlı davranmağı tövsiyə edirlər. Ermənistan hökumətinin Qərbə meyllənməsi onlar üçün  qorxulu olmasa da, İsraillə yaxınlaşma cəhdləri kifayət qədər problemli məsələdir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın İsrailə səfəri isə bu müzakirələri daha da qızışdırıb. İran mediasının iddiasına görə, bu səfər zamanı tərəflər Zəngəzur dəhlizi məsələsini müzakirə ediblər.

Anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı politoloq Ehsan Movəhhediyan isə iddia edib ki, Qərb Ermənistanı Türk Dövlətləri Təşkilatına cəlb etmək istəyir: "Həmçinin ABŞ Ermənistanda kəşfiyyat məqsədli  böyük məlumat mərkəzi inşa edib".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->