Xəbər lenti

İran hicab qaydalarına nəzarət gücləndirilir - Polis patrul təşkil edəcək
Dünya10:14 16.07.2023

İran hicab qaydalarına nəzarət gücləndirilir - Polis patrul təşkil edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran polisi qadınların hicab geyinmə qaydalarına əməl edib-etməməsinə nəzarət etmək üçün avtomobil və piyada patrulları təşkil etməyə başlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Tasnim Xəbər Agentliyi hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin fikrincə, bu cür tədbirlər "cəmiyyətin sosial birliyinə və təhlükəsizliyinə” töhfə verməlidir.
Vurğulanır ki, indi polis ilk növbədə hicab taxmaq normalarına əməl etməkdən boyun qaçıran qadınlara irad tutmağa, onlara hicab taxmağı tövsiyə etməyə borcludur. Gələcəkdə hüquq-mühafizə orqanlarının əməkdaşları qanuni tədbirlər görərək, qanunu pozanları məsuliyyətə cəlb edə bilərlər.
İranın cinayət məcəlləsinə əsasən, hicab taxmaq normalarına əməl etməyən qadınlara cərimə ilə yanaşı, 10 gündən 2 aya qədər həbs cəzası da verilir. Həmçinin, qanunu pozanlar inzibati tədbirlərə məruz qala bilərlər.
Bundan əvvəl İranda tələbələrin hicabdan imtina etdikləri üçün universitetlərə buraxılmadığı iddia edilirdi.
Aydın