İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna (SEPAH) təyyarəsinin qəzaya uğramasına görə bütün məsuliyyəti öz üzərinə götürür.
Qaynarinfo xəbər verir ki, bunu yanvarın 11-də İranın hərbi kosmik qüvvələrinin komandiri Əmir Əli Hacızadə deyib.
Xatırladaq ki, bu gün İran hakimiyyəti Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf edib. Onlar sərnişin təyyarəsini aşağı hündürlükdə hərəkət etdiyi və əhəmiyyətli bir hərbi obyektə tərəf döndüyü üçün düşmən hədəfi zənn edərək vurublar.
İran prezidenti Həsən Ruhani səhvə görə üzr istəyərək təəssüfləndiyini bildirib və şəffaf araşdırma aparılacağını, nəticədə bütün günahkarların cəzalandırılacağını vəd edib.
Alpər