İranın müqəddəs ziyarətgahlarının inkişafı və yenidən qurulması üzrə Baş Qərargahı bu ölkədən beş milyona yaxın insanı İraqın Kərbəla şəhərinə, Ərbəin ziyarətinə göndərmək niyyətindədir.
Qaynarinfo bu barədə ISNA agentliyinə istinadən xəbər verir.
Müqəddəs ziyarətgahlarının inkişafı və yenidən qurulması üzrə Baş Qərargah rəisinin müavini, general Məcid Namcu bildirib ki, bu il İranla İraq arasında viza rejimi ləğv edilib. Bu səbəbdən beş milyona yaxın zəvvarın ziyarətə göndərilməsi nəzərdə tutulub.
Məcid Namcu indiyədək İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) mühüm vəzifələr icra edib və eyni zamanda Qasım Süleymaninin hayat yoldaşının qardaşıdır.
"17 sentyabr Ərbəin gündür və sentyabrın 7-dən 20-nə qədər, yəni Ərbəin mərasimindən üç gün sonra ziyarət günləri sayılır", deyə Məcid Namcu bildirib.
SEPAH-a bağlı Qüds Qüvvələri komandanının xüsusi köməkçisi, briqada generalı Həsən Plarək da bu ziyarətlə bağlı danışıb: "Bizim zəvvarlara lazımi xidmət göstərmək üçün təşkil edilməli olan 3 minə yaxın Ərbəin yürüşçüsü qrupumuz var. Bu il havaların isti keçməsi ilə əlaqədar içməli suyun verilməsi çox vacibdir. Buna görə də 139 milyon qablaşdırılmış suyun hazırlanması və zəvvarlara paylanmalması nəzətdə tutulub".
Qeyd edək ki, 4 il əvvəl Ərbəin zəvvarların İraqa göndərilməsinin xərci təxminən 60 milyon dollar qiymətləndirilirdi. Bu məbləğə vergilər, yemək, su və dərman daxil deyil.
M.Arif