İran Dəməşqdəki İran konsulluğunun İsrail tərəfindən atəşə tutulmasına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı mənbələrə
istinadən məlumat yayıb.
"Bayden administrasiyasının rəsmiləri İranın bu həftə Suriyada İsrail hava hücumlarına cavab olaraq İsrail daxilindəki hədəflərə zərbələr endirməyi planlaşdıra biləcəyindən narahatdırlar", deyə NBC adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən bildirib.
İranın cavabı, ABŞ-da gözlənildiyi kimi, hərbi və ya kəşfiyyat obyektlərinə yönələcək. "Mülki infrastruktur toxunulmaz qalacaq", deyə NBC qeyd edib.
Bundan əlavə, ABŞ prezidenti Co Bayden administrasiyası artıq İranın mümkün hərəkətlərinə cavab variantlarını nəzərdən keçirməyə başlayıb. Mənbələr bildiriblər ki, İran bir dəstə dron və ya yerdən buraxılan qanadlı raketlərdən istifadə etməklə zərbə endirə bilər. Başqa bir ssenari bölgədəki İsrail diplomatik və ya konsulluq obyektinə zərbə ola bilər.
CNN daha əvvəl ABŞ-ın İrandan əhəmiyyətli hücuma hazırlaşdığını bildirmişdi. İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq Yaxın Şərqdəki İsrail və ya Amerika obyektləri gələn həftə İran qüvvələri tərəfindən hücuma məruz qala bilər.
Aydın