Xəbər lenti

İran Keşikçilər Şurasının 96 yaşlı rəhbəri Cənnəti daha 6 ilə katib seçildi
Dünya09:47 27.07.2022

İran Keşikçilər Şurasının 96 yaşlı rəhbəri Cənnəti daha 6 ilə katib seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün - iyulun 27-də səhər İran Konstitusiyasının Keşikçilər Şurasına yeni müddətə idarə heyətinin seçilməsi keçirilib və 96 yaşlı Əhməd Cənnəti yenidən 6 il müddətinə Keşikçilər Şurasının katibi vəzifəsində saxlanılıb.
Qaynarinfo bu barədə BBC-nin fars bölmasinə istinadən xəbər verir.
Keşikçilər Şurasının sözçüsü elan edib ki, bu seçkidə Şura üzvlərinin səsi ilə Əhməd Cənnəti katib, Siamək Rəh Peyk katib müavini, Hadi Təhan Nəzif isə Keşikçilər Şurasının sözçüsü vəzifələrində saxlanılıb.
Vurğulanır ki , Əhməd Cənnəti 1981-ci ildə Ayətullah Xomeyni tərəfindən təsis edildiyi gündən bu qurumun üzvüdür və 1992-ci ildən üçüncü müddətə Ayətullah Xameneyi tərəfindən üzv təyin edilib.
İranın ən radikal din xadimlərindən sayılan Cənnəti 1926-cı ilin martında İsfahanın Ladən şəhərində anadan olub və Keşikçilər Şurasının katibi olmaqla yanaşı, həm də ölkənin "Məsləhət Şurası" və "Mədəni İnqilab Ali Şurasının" ən yaşlı üzvüdür.
M.Arif