
İran ölkənin cari təqvim ilinin (2014-cü il martın 20-i) sonuna, yaxud gələn ilin əvvəlində kosmosa ikinci meymunu göndərəcək.
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Kosmik Agentliyinin Elmi-Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd İbrahimi deyib.
Onun sözlərinə görə, raketdaşıyıcı maye yanacaq ilə işləyəcək ki, bu da sürəti aşağı endirməyə və heyvanın orqanizminə yüklənməni azaltmağa imkan verəcək.
O qeyd edib ki, iranlı mütəxəssislər tərəfindən kosmosa ilk meymun 2013-cü il yanvarın 28-də göndərilib.
Qaynar.info