Suriyanın İraqla sərhədindəki Əl Bukamal şəhərində yerləşən İrana məxsus hərbi baza hava hücumuna məruz qalıb.
Qaynarinfo Jerusalem Post-a isitnadən xəbər verir ki, hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Həşd Əl Şabi şiə qrupunun üzvləri hədəf alınıb. Hərbi təyyarələrin bombardmanı nəticəsində azı 18 hərbçi ölüb, çox sayda yaralı var.
İran hücumə görə İsraili ittiham edir.
Qeyd edək ki, İran Əl Bukamal yaxınlığında nəhəng hərbi baza inşa edir.
Gülşən