
İran prezidenti Həsən Ruhani ölkədəki dini geyim qaydalarını pozanlarla bağlı polisin ən son mərhələdə müdaxilə etməsini istəyib.
Qaynar.info xəbər verir ki, Polis Akademiyasının tələbələri qarşısında çıxış edən Ruhani, Hicab və geyim məsələsində xəbərdarlıq edilməsi lazımdırsa, bu, məktəblərdə, universitetlərdə, məscid və mədrəsələrdə yerinə yetirilməlidir" deyib.
"Nə polis, nə də hökumət xalqın müəllimi deyillər və xalq da tələbə deyil" deyən prezident bununla ölkədəki əxlaq polisini sərt tənqid edib.
Polisin cəmiyyətdə güc baxımından özünü az nümayiş etdirməsini istəyən Ruhani, "Polis cəmiyyətdəki fiziki varlığını azaldıb, təsirini daha çox artırarsa mədəniyyətsevər millətimiz üçün daha gözəl olar" deyib.
Qeyd edək ki, İranda əxlaq polisi dini qaydalara uyğun geyunməyənlərə qarşı tez-tez sərt tədbirlər həyata keçirir. Xüsuislə, böyük şəhərlərin sıx küçələri, ticarət və əyləncə mərkəzləri və digər yerlərdə tez-tez əxlaq polisinə rast gəlmək mümkündür.
Qaynar.info