Qynarinfo bu barədə IRNA agentliqinə istinadən xəbər verir.
İranın İsfahan əyalətindəki F-7 qırıcısının qəzaya uğraması nəticəsində pilot və pilot köməkçisi həlak
olub.
İsfahan əyalətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə nazir müavini Məhəmməd Rza can Nesari qırıcının Ənarək ətrafında Nain şəhərində düşdüyü barədə məlumat verib. O əlavə edib ki, ilkin hesabata görə, qırıcı texniki çatışmazlıq səbəbindən əqzaya uğrayıb.
IRNA informasiya agentliyinin məlumatına görə, hadisə bu gün səhər saat 8:30-da baş verib.
İran rəsmiləri bu qırıcının qara qutusunun oxunmasına qədər məsələnin aydınlaşdırılmasını təxirə saldıqlarını bildirərək əlavə edib ki, faktla əlaqədar araşdırmalar davam edir.
M.Arif