
İraq və İran ordusu sərhəd bölgədə ortaq hərbi təlimlər keçirəcək.
"Qaynarinfo" xəbər verir ki, İran dövlət televiziyası bu barədə xəbər yayıb. Qərar ordu komandirlərinin iştirak etdiyi iclasdan sonra qəbul edilib. Təlimdən əlavə sərhəd bölgəsinin təhlükəsizliyi üçün əraziyə əlavə əsgər yerləşdiriləcək.
Qeyd edək ki, İraq ordusu hazırda Türkiyə ilə birlikdə Habur bölgəsində ortaq hərbi təlimdə iştirak edir.
Qeyd edək ki, İraq Kürd Bölgə İdarəsinin 25 sentyabrda keçirdiyi müstəqillik referendumuna hər 3 ölkə ciddi şəkildə etiraz etmişdi.
Gülşən
Qaynarinfo.Az