İran və Pakistanın hərbi dəniz donanması Hörmüz boğazında hərbi təlim keçirəcək.
bu barədə İranın hərbi dəniz komandiri, admiral Həbubulla Səyari bildirib. Səyari onu da qeyd edib ki, bu təlimlərin məqsədi iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək və hərbi imkanları göstərməkdir.
Lakin admiral təlimdə hansı növ əməliyyatların keçiriləcəyi və nə qədər hərbi gəminin iştirak edəcəyi barədə məlumat verməyib.
Qaynarinfo.az