İranın Qərb dövlətləri ilə nüvə danışıqlarının yeni mərhələsi beş aylıq fasilədən sonra bu gün Vyanada başlayıb.
Qaynarinfo bu barədə "Tasnim" agentliyinə istiadən xəbər
verir.
İranın danışıqlar qrupunun yüksək vəzifəli üzvü Baqeri Kəni bu gün ayrı-ayrılıqda JCPOA koordinatoru Enrike Mora və Rusiya nümayəndəsi Ulyanov ilə görüşüb.
Baqeri və Mora arasındakı görüşün məzmunu hələ də bəlli deyil. Amma
rusiyalı müzakirəçi Ulyanov Baqeri ilə görüşünün təfərrüatları barədə şəxsi səhifəsində yazıb: "Bu gün mən JCPOA üzrə Vyana danışıqlarında İran nümayəndə heyətinin rəhbəri doktor Baqeri Kəni ilə görüşüb söhbət etdim. Həmişə olduğu kimi, son qalan məsələlərin aradan qaldırılması yolları və vasitələri haqqında səmimi, praqmatik və konstruktiv fikir mübadiləsi apardıq”.
Danışıqlar qrupundakı məlumatlı mənbə Tasnim-ə deyib ki, "İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun terror siyahısından çıxarılması tələbindən əl çəkməyib və medianın bununla bağlı iddialarının heç bir etibarlılığı yoxdur”.
Ötən ay Baqeri Avropa Birliyinin vasitəçiliyi ilə ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali ilə Qətərdə keçirilən danışıqlar nəticəsiz başa çatıb.
M.Arif