
İIran bazar günü Xəzər dənizinə “Jamaran 2” adlı raket daşıyan gəmi buraxıb.
Ənzəli şəhərində keçirilən mərasimdə prezidend Mahmud Əhmədinejad da iştirak edib.
O bildirib ki, İran onun təhlükəsizliyinə əngəl olanlara qarşı durmaq üçün müdafiə qabiliyyətini gücləndirir. Amma Ahmedinejad qeyd edib ki, Tehran regionda sülh və dostluğun möhkəmlənməsinə çalışır.
94 metrlik gəmi “yer-yer” və “yer-hava” tipli raketlər, vertolyot meydançası, müasir radiolokasiya stansiyası və rabitə sistemi ilə təhciz olunub./azadlıq.az/