Xəbər lenti

İran yeni pilotsuz təyyarəsini təqdim etdi - FOTO
Dünya06:35 10.05.2013

İran yeni pilotsuz təyyarəsini təqdim etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran özünün radara düşməyən yeni pilotsuz təyarəsini nümayiş etdirib. 

Qaynar.info-nun Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, İranın müdafiə naziri Əhməd Vahidi "Epic" adı verilən pilotsuz təyyarənin uzaq məsafələrə uçmaq qabiliyyətinə malik olduğunu, hətta düşmən hədəflərini məhv edə biləcəyini deyib. 

Müdafiə naziri pilotsuz təyyarənin başqa taktiki-texniki xüsusiyyətləri barədə məlumat verməyib. 

Hələ aprelin 18-də İran Müdafiə Nazirliyi özünün 3 pilotsuz təyyarəsini təqdim etmişdi. O vaxt Nazirlik onlarla belə təyyarələrin İran ordusunda istifadə edildiyini açıqlamışdı. 

Qaynar.info