İranın Müdafiə Nazirliyi "Zülcənah" adlı peyk daşıyıcısını yenidən sınaqdan keçirib.
Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən xəbər verir.
İran Müdafiə Nazirliyinin Kosmos Qrupunun sözçüsü Seyid Əhməd Hüseyni bildirib ki, peyk daşıyıcı raket bu gün yenidən kosmosa uğurla buraxılıb. Onun sözlərinə görə, bərk və maye yanacaqdan istifadə edən bu peyk daşıyıcı texniki xüsusiyyətlərinə görə dünyanın ən yaxşı peykləri ilə rəqabət apara bilər.
O, "Zülcənah"ın kosmosa buraxılmasının suborbit məqsədi ilə həyata keçirildiyini bildirərək "Bu peykin inkişafının üçüncü mərhələsi də tezliklın başlayacaq", deyib.
M.Arif