Xəbər lenti

İranda aborta ciddi məhdudiyyətlər qoyuldu
Dünya 17:10 05.07.2022

İranda aborta ciddi məhdudiyyətlər qoyuldu

İran hökuməti aborta ciddi məhdudiyyətlər qoyacaq, kontraseptiv cərrahiyyə alətləri əldə etmək əvvəlkindən daha çətin olacaq.

Qaynarinfo bu barədə VOA-in fars bölməsinə istinadən xəbər verir.

"Abort üçün şərait yaradan həkimlərin iş lisenziyası ləğv ediləcək”, - Qum Tibb Elmləri Universitetinin tibb üzrə vitse-prezidenti deyib. 
İran mediasının məlumatına görə, ölkədə hər il 350-500 min arası döl abort edilir ki, onlardan yalnız 10 mini qanuni abort olub. 

Qeyd edilir ki, ölkə başçısının ötən il qəbul etdiyi "Ailə və əhalinin gəncliyi haqqında” qanuna əsasən, abort üçün şəraitin və tibbi vasitələrin bir dəfə də olsa, təmin edilməsi həkimin iş lisenziyasının ləğvi ilə nəticələnəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->