
İranda məktəb şagirdlərini daşıyan avtobus qəzaya uğrayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Hörmüzgan bölgəsində baş verən qəza zamanı 12 şagird ölüb, 34 nəfər isə yaralanıb. Yaralananlardan 13-nün vəziyyəti ağırdır.
Şirazda keçirilən konfransda iştirak etmək üçün gedən avtobusda 45 nəfərin olduğu deyilir. Qəzaya səbəb sürücünün yuxulu olması olub. Araşdırma davam edir.
Gülşən
Qaynarinfo.Az