İranda etirazlar səngimək bilmir, hökumətdən bezmiş insanlar hər hansı bahanə ilə küçələrə axın edirlər.
Qaynarinfo bu barədə BBC-nin fars bölümünə istinadən xəbər
verir.
Məlumata görə, sosial şəbəkələrdə yayılan xəbərlər göstərir ki, İrandakı hökumət əleyhinə yeni etiraz dalğası Abadan Metropol binası uçandan sonra başlayıb və bazar ertəsi gecə ölkənin bir neçə hissəsində davam edib.
O cümlədən, Kirmanşah şəhərində "İstiqlal” futbol komandasının qəhrəmanlığının bayram edilməsi mərasimində insanlar hökumətə qarşı şuarlar və Abadan əhalisinə simpatiyalarını bildiriblər.
Abadanın özündə isə aksiyalar dürmadan davam edib və dünənki etirazlarda polis gözyaşardıcı qazdan istifadə edib.
Tehran və Kəracda "İstiqlal” futbol komandasının çempionluğu uğrunda mübarizəsindən sonra küçələrə çıxmış insanlar polislə amansız toqquşmalarla müşayiət olunublar. Beləliklə mitinqin xarakteri dəyişərək hökumət əleyhinə "diktatora ölüm" və "Xamneiyə ölüm" kimi şuarlarla davam edib. Deyilənlərə görə, Tehranın Nazi Abad və həmçinin Karacin Pərdis küçələrində təhlükəsiz qüvvələri nümayişçilərə atəş açıb.
Həmçinin qeyd edilir ki, bazar ertəsi Xürrəmşəhr, Behbahan, Şiraz, Kazerun və Buşəhrdə davamlı etiraz aksiyaları barədə məlumatlar daxil olub.
M.Arif