
İran bundan sonra açıq edamlar həyata keçirməyəcək.
ANN.Az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda mətbuata İranın Qəzvin vilayətinin prokuroru Camal Ənsəri məlumat verib.
Onun sözlərinə görə, əvvəllər İranda edamlar ancaq xüsusi hallarda ictimai yerlərdə həyata keçirilir, videoya çəkilərək, kütləvi informasiya vasitələrinə yayılırdı. Bundan sonra isə, məhkəmə sistemi açıq (ictimai) edamların həyata keçirilməsini qadağan edib.
Qeyd edək ki, keçən ay ərzində Tehranda insan alveri və narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirli bilinən 20 nəfər edam edilib.
Qaynar.info